Velosipeddən yıxılan 9 yaşlı uşaq VƏFAT ETDİ

acBRpxvBPqCxrpjyY0m17R6t2V2B9Z436cwYhDAn_1200

Ağdam rayonunda velosiped sürərkən yıxılan 9 yaşlı uşaq aldığı xəsarətlərdən ölüb.

Olkemedia “Report”a istinadla xəbər verir ki, rayonun Alıbəyli kənd sakini, 2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedin idarəetməsini itirərək yıxılıb.

Başı daşa dəyən H.Baxşəliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.