Qazaxda yol qəzası, xəsarət alanlar var

pvmou1UA8JfSO7GY7Xh9up2mSiQiRz9ao63fmqPV_1200

Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Olkemedia “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta ağır qiymətləndirilir.

Zərərçəkənlərin kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.