Bakıda 19 yaşlı gəncin atasını öldürməsinin təfərrüatı məlum olub

DQsed3ii4c4JiLggpVn4MaTsgmOCcLDnI4f03yyH_1200

Bakıda baş verən qətlin təfərrüatı məlum olub.

Olkemedia Teleqraf-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi Sovxoz yaşayış ərazisində qeydə alınıb.

İftixar Vəlizadə 19 yaşlı oğlu Ayxan Vəlizadəyə evə gec gəldiyi üçün irad bildirib. Bundan hiddətlənən oğul atasına yaşadıqları evin həyətində 14 bıçaq zərbəsi vurub.

Evdə olan 1988-cu il təvəllüdü ana Səadət Nəcməddin qızı Vəlizadə oğulunun bu əməlinin qarşısını almaq istəyib. O, sağ əlindən bıçaq, boynundan isə əzilmiş xəsarətlər alıb.

Səadət Vəlizadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Ana övladının psixoloji cəhətdən gərgin olduğunu söyləyib.

Qeyd edək ki, Ayxan Vəlizadə ailənin tək oğludur, onun özündən kiçik iki bacısı var