Prezident İlham Əliyev Slovakiyada rəsmi səfərdədir

LYOnmYOmEgvj3AZ9cFYBEhbzXgnF4Bc3mS1hFESl_1200

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gedib.

Olkemedia AZƏRTAC-a istinadən xəbər verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşılayıblar.