Məhkumun gizlətdiyi silahlar aşkarlandı

BwZzXq3YySWG0xG8zKF1tj0Da2c9Gn4j0B2aVwpf_1200

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçiriblər.

Olkemedia xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb

Bildirilib ki, əməliyyat nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryol xəttinin yanındakı tikilidə gizlədilmiş bir ədəd “TT” markalı tapança, bir ədəd tapança darağı, beş ədəd 7.62 kalibrli tapança patronu, dörd ədəd 7.62 kalibrli avtomat patronu, bir ədəd “F-1” markalı əl qumbarası və bir ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.