Universitetlərin birində əməkhaqqıları ARTIRILDI

download

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının qərarına əsasən, universitetin professor-müəllim heyətinin və digər əməkdaşlarının əməkhaqqıları artırılıb.

Olkemedia xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Qərara görə, dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əməkhaqqı 15-20%, tyutorların əməkhaqqı 33%, laborantların əməkhaqqı isə 20% artırılıb.

Bu artımlardan sonra professor-müəllim heyətinin əməkhaqqıları belə müəyyən edilib:

Professor: 2 150 AZN;

Dosent: 1 700 AZN;

Baş müəllim: 1 500 AZN;

Müəllim: 1 350 AZN.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)