hoSit9XTMHzzZ1H7lGYnG0qzBFcSk139WK8VNF7i_1200

Cəlilabadda körpə vəfat edib.

Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, Cəlilabad şəhəri, Səttarxan küçəsinin sakini, Amiq Mirzəyev 6 aylıq uşağının səhhətində problem yarandığı üçün onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Uşağı müayinə edən həkim ona iynə vurub. Valideyn bildirib ki, iynədən sonra körpənin vəziyyəti ağırlaşıb və o, paytaxtdakı xəstəxanalardan birinə təxliyə edilib.

Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Körpə ölümü

Cəlilabad rayonu