Əməkdar artist Əyyub Quliyevə daha bir vəzifə verildi

1MCQ24j3JeJkmr6f1V0RPoVDWgskQLxpv3fRRTs3_1200

Əyyub Quliyev Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə dirijor təyin edilib.

Olkemedia xəbər verir ki, bu barədə Dövlət Kamera Orkestri məlumat yayıb.

Xatırladaq ki, Əyyub Quliyev 1984-cü ildə anadan olub. O, həmçinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor Dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijorudur.

2017-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülüb.

Qara Qarayev

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası