2 maşın toqquşub, ana və üç övladı xəsarət alıblar
Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, qəza rayonun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində qeydə alınıb.
VAZ-2107 və KIA markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar – Nuriyyə Ağası qızı Əliyeva və onun övladları – Mələk Sevindik qızı Əliyeva, Fatma Sevindik qızı Əliyeva və İlham Sevindik oğlu Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.
