Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

dQIqjFOM264y20sMW40x9Fo0E3WOaDmKlbuCZ4sQ_1200

Test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərin yazılı imtahan verəcəyi tarix məlum olub.

Olkemedia xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, test imtahanında müvəffəqiyyət qazanan 160 nəfər hakimliyə namizədlə 30 noyabr 2025-ci il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108) yazılı imtahan keçiriləcək.

Bununla əlaqədar namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov.az keçidi vasitəsilə əldə edə bilərlər.