“Böhtan və geri çəkilmə: Afiq İsgəndərov ictimaiyyətin önündə etiraf etdi”

WhatsApp Şəkil 2025-11-18 saat 16.35.49_f1c57fed

Goranboy Rayon İcra Hakimiyyətinin fəaliyyətini hədəf alan və öz videosunda icra başçısı Məhərrəm Quliyevi ağır ittihamlarla suçlayan İsgəndərov Afiq son günlər sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Lakin maraqlıdır ki, həmin videonun rəy bölməsində onlarla Goranboy sakini Məhərrəm Quliyevin fəaliyyətindən razılıq ifadə edib, Afiqin söylədiyi iddiaları isə “şişirdilmiş”, “əsassız” və “subyektiv” adlandırıb.

Rəsmi mövqeyində Goranboy RİH bildirir ki, İsgəndərov Afiqin səsləndirdiyi ittihamlar həqiqəti əks etdirmir, əksinə, onunla bağlı müəyyən qanun pozuntuları iddia olunub.

Amma ən diqqətçəkən və problemli məqam bundan sonra baş verdi.

Bir neçə gün sonra İsgəndərov Afiq tam əks mövqeyə keçərək yeni videoda bildirib ki, guya icra hakimiyyəti ilə aralarında sadəcə “xırda anlaşılmazlıq” olub və məsələ “öz həllini tapıb”.

Bu nə deməkdir?

Deməli İsgəndərov Afiq cüzi bir anlaşılmazlığın üstünə ağır ittihamlar əlavə edərək, Goranboy Rayon İcra Hakimiyyətini və şəxsən Məhərrəm Quliyevi ictimai hədəfə çıxarıb, sonra da heç nə olmamış kimi geri çəkilib.

Belə davranış:

Dövlət qurumuna qarşı hörmətsizlikdir,ictimaiyyəti çaşdırır,məsuliyyət anlayışına uyğun gəlmir,və iddianı irəli sürən şəxsin öz etibarlılığını zədələyir.

Dövlət qurumunu ittiham edib sonra “yanlış başa düşmüşəm” deyib geri çəkilmək — sözün və mövqenin ciddiliyinə kölgə salmaqdır.

Afiqin son videosundan da tam aydın görünür ki:

o, şəxsi anlaşılmazlığı şişirdib ictimai qınaq formalaşdırmağa cəhd edib və bundan yalnız özü reputasiya itkisi ilə çıxıb.

Bu cür məsuliyyətsiz addımlar bir daha təkrarlanmamalıdır.

Əldə etdiyimiz məlumata görə, Afiq İsgəndərov Goranboyda tanınmış ictimai-siyasi fəal Elçin Tağıyevin qohumudur


Media mövqeyi

Media hər hansı tərəfin mövqeyini müdafiə etmir və prosesə görə məsuliyyət daşımır.
Biz yalnız səsləndirilən iddiaları və rəsmi açıqlamaları ictimaiyyətə çatdırırıq.


Olkemedia-nın çağırışı

Olkemedia xəbər portalı olaraq vətəndaşlara tövsiyə edirik ki, dövlət qurumları barədə böhtan xarakterli, dəqiqləşdirilməmiş və emosional məlumatlar yaymaqdan çəkinələr.
Hər hansı problem yarandıqda rəsmi qurumlara müraciət etmək və hüquqi mexanizmlərdən istifadə etmək ən düzgün yoldur.