Göyçay Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Çingiz oğlu Mürsəlov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Olkemedia AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlıq edib.

