Naftalanın icra başçısı vəzifəsindən azad edildi, Göygölə təyin olundu

VUPNfyKxcS7EtAYuyRYwG1VEkHtjI4leELzCQtsl_1200

Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Olkemedia President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Vüqar Vahid oğlu Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.