Ərdoğan Gürcüstan prezidentinə təşəkkür etdi

39MA3e06kFnmLhsMgHrXcIyFbR7Qqgtj4Ql08maR_1200

884A-A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb.

Olkemedia bu barədə “Haber Global”a istinadən məlumat verir.

Söhbət zamanı Gürcüstanda “C-130” hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişi və son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan Kavelaşviliyə Gürcüstan tərəfinin qəzanın araşdırılması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığına görə təşəkkür edib.

Gürcüstan prezidenti isə hərbçilərin həlak olması ilə bağlı Ərdoğana başsağlığı verib.

Rəcəb Tayyib Ərdoğan