37 min manatlıq dələduzluq edən şəxs YAXALANDI
Ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən və ümumilikdə 37 min manatdan çox vəsaiti mənimsəyən şəxs saxlanılıb.
Olkemedia bu barədə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.