İlham Əliyev Müstəqil Azərbaycanın ilk hərbi pilotuna ölümündən sonra “Milli Qəhrəman” adı verdi

AVhJWsQPkUxIX8FFcE8D4tYwgAVP5XQirgTnhC3k_600

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslərin təltif edilməsi qərara alınıb:

“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə

Vaqif Bəxtiyar oğlu Qurbanov – baş leytenant (ölümündən sonra)

“Azərbaycan Bayrağı” ordeni ilə

Akif Bayram oğlu Quliyev – ehtiyatda olan baş gizir

“İgidliyə görə” medalı ilə

Gülbudağ Əli oğlu Binyətov – ehtiyatda olan polkovnik-leytenant

Bəşir İman oğlu Əliyev – ehtiyatda olan mayor

Elman Səyyad oğlu Cəlilov – ehtiyatda olan kapitan

Tofik Şıxbala oğlu Şalbuzov – ehtiyatda olan baş gizir.

Qeyd edək ki, Vaqif Bəxtiyar oğlu Qurbanov Azərbaycanın ilk hərbi pilotudur.

İlham Əliyev

Vaqif Qurbanov

Sərəncam

Azərbaycanın Milli Qəhrəmanı

Azərbaycan Bayrağı ordeni

İgidliyə görə medalı