Sumqayıtda tapılan azyaşlının valideynləri müəyyən olunub

2Q29qzdDBXEMUyQzYNHUUgf4NMWR4OMXcpgdDGAz_1200

Sumqayıtda tapılan azyaşlının valideynləri müəyyən edilib.

Olkemedia Oxu.Az-a istinadən  xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində eşitmə və danışma qüsurlu uşağın valideynlərinin Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşadıqları və dilənçiliklə məşğul olduqları üzə çıxıb.

Qeyd edək ki, azyaşlı noyabrın 1-də axşam saatlarında Sumqayıtın “BTZ bağları” adlanan ərazisində tapılmışdı. Daha sonra o, polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilmişdi.

İtkin düşmüş şəxslər

Sumqayıt şəhəri

Binəqədi rayonu