Sumqayıtda gənc oğlan bıçaqlandı

4Za0LvMJcBmpMPJZPYmAtrgH9hucL6pnwFzvHlUc_1200

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Olkemedia Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2000-ci il təvəllüdlü Mehdi Qəhrəmanov bıçaqlanıb.

Yaralı gənc xəstəxanaya çatdırılıb. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.