Tərtər sakini döyülərək öldürüldü

rJgXjGWtZdTbMwsgCA2d9e2anwcyU3Qk4RtQieBk_1200

Tərtər sakini döyülərək öldürülüb.

Olkemedia Lent.az-a istinadla xəbər verir ki, Tərtər rayon sakini, 1961-ci il təvəllüdlü Sədrəddin Fətulla oğlu Orucov Gəncə şəhərində yerləşən xəstəxanada həyatını itirib.

Araşdırma zamanı müəyyən edilib ki, S.Orucov Laçın rayon sakini V.Əhmədov tərəfindən döyülməsi nəticəsində ölüb.

Polis hadisə ilə bağlı V.Əhmədovu saxlayaraq istintaqa təhvil verib.

Fakt üzrə araşdırma davam etdirilir.