Ceyhun Bayramov gürcü həmkarı ilə Səmərqənddə görüşdü

10SEtBxzGtaqo5PlE2f6xt1XZVbtk0gJ7luxCcgS_1200

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

Olkemedia xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və nəqliyyat, humanitar istiqamətlər üzrə inkişaf perspektivləri, eləcə də regional gündəmdə yer alan aktual məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə arasında formalaşmış fəal siyasi dialoqun, regional platformaların əlaqələrin möhkəm əsasını təşkil etdiyi qeyd olunub.

Nazirlər regionda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün birgə səylərin önəmini qeyd ediblər.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.