Nikahdankənar oğlu olan Fəzail Ağamalı: “Şəxsi həyatımın heç kimə aidiyyəti yoxdur”

vVkIZ3PREApAW49hY8bSFZgMt8tQZZjtusfqjbaD_1200

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı nikahdankənar oğlunun olması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

O, Oxu.Az-a açıqlamasında yayılan məlumatları təsdiqləyib.

“Hər şey aydın yazılıb. Amma mənim şəxsi həyatımın heç kimə aidiyyəti yoxdur. 40 il bundan qabaq bir hadisə olub, indi üzə çıxarırlar. Bu yaxınlarda, 40 il bundan qabaq Ramiz Mehdiyevlə olan fotomu göndəriblər. Nə dəxli var?” – deyə F.Ağamalı bildirib.