Azərbaycan Prezidenti: “Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək”

dCKtlycruUPwSA5bIST4mBvjkkAup0X6Nmi2nxNq_1200

“Bura, bu bölgə (Zəngilan – red.) çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək”.

Olkemedia AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq – qurduğumuz şəhərlər və kəndlər bunu göstərir”.

İlham Əliyev

Zəngəzur dəhlizi