Töhmət və “xəstəlik arayışı” eyni gündə – məktəbdə vəziyyət gərginləşdi
Məktəbdə intizam pozuntusu ilə bağlı araşdırma aparılıb, məsələ hüquqi müstəviyə keçə bilərMingəçevir şəhər 14 nömrəli tam orta məktəbin tədris işləri üzrə müavini Zəminə Qarayeva 2025-ci il oktyabrın 21-də intizam məsuliyyətinə cəlb olunub.
Mənbələrdən əldə edilən məlumata görə, məktəb rəhbərliyi həmin tarixdə onun davranışında və iş rejiminin pozulmasında müəyyən nöqsanlar aşkar edib.Məktəb direktorunun əmrinə əsasən, Zəminə Qarayevaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə uyğun olaraq “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib.
Töhmətdən sonra “xəstəlik arayışı” təqdim olunubMəlumata görə, müavin növbəti gün – oktyabrın 22-də məktəb rəhbərliyinə 21 oktyabr tarixində guya xəstəxanada olması barədə arayış təqdim edib. Məktəb rəhbərliyi isə bu sənədin töhmətdən sonra təqdim olunmasını və həmin gün onun işdə olmasının təhlükəsizlik kameraları vasitəsilə qeydə alındığını əsas gətirərək arayışın etibarlılığı ilə bağlı şübhələrini ifadə edib.
Mənbələrin bildirdiyinə görə, bu məsələ artıq şəhərdə müzakirə mövzusuna çevrilib. Hadisə ilə bağlı bəzi iddialar “saxta sənəd təqdim etmə” kimi dəyərləndirilir. Lakin qeyd olunmalıdır ki, bu, hələlik rəsmi sübuta yetirilməyib.Sənədin saxtalaşdırılması ciddi məsuliyyət yaradırHüquqşünasların fikrincə, əgər təqdim olunan tibbi arayışda saxtalaşdırma faktı təsdiqlənsə, bu, İnzibati Xətalar Məcəlləsinin 320-ci maddəsi (rəsmi sənədlərin saxtalaşdırılması və ya istifadəsi) və Cinayət Məcəlləsinin 320-ci maddəsi (rəsmi sənədi saxtalaşdırma, bilə-bilə istifadə etmə) ilə məsuliyyət yarada bilər.
Məktəb rəhbərliyindən məsələyə rəsmi münasibət almaq mümkün olmasa da, hadisənin Təhsil şöbəsi tərəfindən araşdırıldığı bildirilir.Vəkil tutmaq cəhdi nəticəsiz qalıbQeyd olunur ki, Zəminə Qarayeva töhmətin ləğvi üçün hüquqi yardım almağa cəhd edib, lakin vəkillər ilkin sənədlərlə tanış olduqdan sonra bu işin hüquqi baxımdan müdafiə olunmasının çətin olduğunu bildirib.Hazırda məsələ ilə bağlı yekun qərar verilməyib.
İddiaların nə dərəcədə həqiqətə uyğun olduğu yalnız rəsmi araşdırmanın nəticələri ilə müəyyənləşəcək.
MƏNBƏ ARAN MEDİA