Prezident Sərdar Səfərovu rəis təyin etdi, ona “general-mayor” ali hərbi rütbəsi verdi

KXBz3irYWXfaIitDKUe61RR405NyiuZAV8IBsMN0_1200

Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Olkemedia President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezidentin növbəti Sərəncamı ilə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleyman oğlu Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.

İlham Əliyev

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi