İstintaqdan qaçıb gizlənən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək

7cyPE7ImQRoVB1qEqmLqZS2WFQIjJ3fTKCdqYiYo_1200

İstintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək.

Olkemedia xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan vətəndaşı Ülvi Rafik oğlu Hüseynovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İranın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

Təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.

Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti

Baş Prokurorluq

Ekstradisiya