İki rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq

SG9ijWHBDFYRBqqmT73D1g4vwlw1mjcKocjyGIsW_1200

Göyçay rayonundakı qaz xətlərində aşkar olunmuş qazsızmalarının ləğvi, yeni kranların və tənzimləyici şkafların quraşdırılması, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 24.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Olkemedia xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Göyçay şəhərinin və rayonun 27 kəndinin, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani, S.Bəhlul küçələrinin və Atatürk prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatında fasilələr

Göyçay rayonu

Binəqədi rayonu