Bakı metropolitenində sərnişin ölüb

JM4kUSagUFujvmcVK8N3a2evgPhjNPNFNPtVhL31_1200

Oktyabrın 22-də, saat 18:30-da Bakı metropoliteninin “Nəriman Nərimanov” stansiyasında 60-65 yaşlarında kişi sərnişin vəfat edib.

Olkemedia xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti bildirib.

Qeyd olunub ki, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ona ilkin yardım göstərilib.

Göstərilən səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bakı Metropoliteni QSC