Bakı-Qəbələ-Bakı qatar marşrutuna reyslər əlavə ediləcək

9JulBWF2xULbsvvzF8pmhMyRTwQII1IQDVua2f7y_1200

8 noyabrdan – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin ediləcək.

Olkemedia xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətə reyslər təşkil ediləcək.

8 noyabrdan başlayaraq həftəsonları bu marşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.

Azərbaycan Dəmir Yolları QSC (ADY)

Bakı-Qəbələ-Bakı