Paşinyan Roma Papası ilə sülh axtarışında: Vatikan görüşü diqqət çəkdi

guQwW4QbxjJU4bMZ3D9nWTk2Wx3w8rXchbmGEFKV_1200

Ermənistanın baş naziri Nikol Paşinyan Müqəddəs Taxt-Taca səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.

Olkemedia xəbər verir ki, məlumatı “Novosti Armenia” portalı yayıb.

Görüş zamanı Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsi, eləcə də humanitar məsələlər müzakirə olunub.

Roma Papası XIV Leo regionda sülhün və sabitliyin təmin olunacağına ümid etdiyini bildirib. O, bu istiqamətdə atılan addımları və əldə olunan tərəqqini yüksək qiymətləndirib.

Pontifik qeyd edib ki, bölgədə sülhün bərqərar olması əməkdaşlıq və sabitliyin yeni mərhələsinin başlanğıcı ola bilər.

Roma Papası XIV Leo

Azərbaycan-Ermənistan münasibətləri