Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib

j1vNmhb4qbr9ubhmhMUXOnYtUtzuFJk7q3SsSdWt_1200

37224A-A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib.

Olkemedia AZƏRTAC-a istinadən xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.