Cəlilabadda ağır QƏZA: Ölən və yaralılar var

gbxFGWPLpqlUBTXY6tgCI08sNDUrkuWA019Cnqrw_1200

“Bu gün saat 12 radələrində yol-nəqliyyat hadisəsi səbəbindən 6 nəfər (2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.

1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.