Şamil Rzayevə yüksək vəzifə verildi
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində yeni təyinat olub.
Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şamil Etibar oğlu Rzayev agentliyin İdarə Heyətinin birinci müavini təyin olunub.
Xatırladaq ki, 51 yaşlı Ş.Rzayev 1991-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Yanacaq-Energetika Kompleksində İqtisadiyyat və İdarəetmə fakultəsinin bakalavr və magistr pillələrində təhsil alıb.
O, 2000-2001-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.
2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Birləşmiş Millətlər Təşkilatı (BMT)