Mingəçevir 4 sayli məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

103628

Olkemedia xəbər verir ki, Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə təbliğat işlərini daha da gücləndirmək məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində aparılan maarifləndirmə işləri davam etdirilir.

Bu istiqamətdə növbəti tədbir Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi polis polkovniki Ədalət Əliyev narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edərək onun zərərləri barədə şagirdlərə ətraflı məlumat verib, səbəb olduğu faciələrdən real faktlara istinad edib.Sonda mövzu ilə əlaqəli məktəbliləri maraqlandıran suallar cavablandırılıb.