Əflatun Amaşova yeni vəzifə verildi

eA31m3eSFeNzsge6x2uhOTX3GhSDvWv5B9yzlx2W_1200

Rəsmi dövlət qəzeti olan “Xalq qəzeti”ndə struktur dəyişikliyi olub.

Olkemedia yenisabah.az-a istinadən xəbər verir ki, mətbu orqanda direktor vəzifəsi yaradılıb.

Həmin vəzifəyə qəzetin baş redaktoru Əflatun Amaşov təyinat alıb.

O, bundan sonra “Xalq qəzeti”nin həm direktoru, həm də baş redaktoru vəzifəsini daşıyacaq.

Qeyd edək ki, “Xalq qəzeti”nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.

Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC-da) müxbir, şöbə müdiri, redaktor, Baş redaktor və Baş direktorun birinci müavini vəzifələrində çalışıb. 2003-cü ildən 2022-ci ilə qədər Mətbuat Şurası İdarə Heyətinin sədri olub. V çağırış Milli Məclisin deputatı olub.

Milli Məclis

Yeni təyinat

Mətbuat Şurası