Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşünün vaxtı məlum olub

UfTwbM7LEquvIAiLanME9Y5xYHPMN1E2GwspT1QN_1200

İslamabadda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək.

Olkemedia “Report”a istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası – red.) sədri Sərdar Ayaz Sadiq arasında görüş oktyabrın 13-də baş tutacaq.

Qeyd edək ki, bu, parlament sədrlərinin üçüncü üçtərəfli görüşüdür. Bundan əvvəlki görüş 2022-ci il iyulun 21-də İstanbulda keçirilib.

İslamabad

Türkiyə

Pakistan

Sahibə Qafarova

Türkiyə Böyük Millət Məclisi (TBMM)

Numan Kurtulmuş

Sərdar Ayaz Sadiq

İstanbul