Ağdamda qəza: Üç nəfər xəsarət aldı

gI3pJPbsPp8NmK3o01elaROVtkSYoolySOUx3bAr_1200

Ağdamda baş verən qəzada 3 nəfər xəsarət alıb.

Olkemedia Oxu.az-a istinadən xəbər verir ki, qəza Hindarx-Borsunlu avtomobil yolunun Quzanlıdan keçən hissəsində baş verib.

Hərəkətdə olan iki avtomobil – VAZ-2106 və “Lada Xəzər” hərəkətdə olarkən daşla dolu KamAZ markalı yük avtomobilinə çırpılıb.

Qəza zamanı xəsarət alan 3 nəfər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.