Goranboyda minik avtomobili aşıb, altı nəfər xəsarət alıb

gI3pJPbsPp8NmK3o01elaROVtkSYoolySOUx3bAr_1200

Goranboyda minik avtomobili aşıb, xəsarət alanlar var.

Olkemedia “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

“Hyundai” markalı avtomobilin aşması nəticəsində 1989-cu il təvəllüdlü E.Şirinova, 1980-ci il təvəllüdlü S.Məmmədova, 1982-ci il təvəllüdlü L.Abdullayeva, 1978-ci il təvəllüdlü S.Məmmədova, 1981-ci il təvəllüdlü Y.Məmmədova, 1988-ci il təvəllüdlü A.Haqverdiyeva bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Avtomobil qəzası

Goranboy