Bakıda cibgirlik edən şəxs tutuldu

45s8GIoCUA0O0N06MA49UgIqyO5xRQ35z7TXgBZ6_1200

Bakıda ictimai yerlərdə, əhalinin sıx olduğu avtobus dayanacaqlarında cibgirlik yolu ilə oğurluq əməlləri törədən şəxs müəyyən olunub.

Olkemedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq cinayətlərində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı Rahil Kazımov tutulub.

Araşdırmalarla müəyyən edilib ki, o, əsasən müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin pullarını talamaqla məşğul olub.

R. Kazımovun paytaxtda digər analoji cinayətlər də törətməsi istisna olunmur.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.