Yevlaxda yanacaqdaşıyan avtomobil yandı
Yevlax şəhərinin Meyvəli qəsəbəsində QAZ markalı yanacaqdaşıyan avtomobilin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyi (FHN)