“Turan Tovuz”un doğma meydanına qayıdacağı TARİX AÇIQLANDI

N5DZcyNzSqGgvS9F90N8jkKP5YK54l2O7dyip4lr_1200

“Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi və təmir-bərpa işləri ilə tanış olub.

Olkemedia xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ot örtüyünün dəyişdirilməsini icra edən şirkətin direktoru klub rəhbərinə proseslə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu mövsüm təmir-bərpa işləri ilə əlaqədar olaraq “Turan Tovuz” klubu oyunlarını “Azersun Arena”da keçirir.