Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı dayandırılacaq

SG9ijWHBDFYRBqqmT73D1g4vwlw1mjcKocjyGIsW_1200

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Olkemedia xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllə ərazisində yerləşən D=108 mm-lik qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən 1 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qeyd edilib ki, qaz təchizatı təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq.

Azəriqaz İstehsalat Birliyi

Sumqayıt şəhəri

Qaz təchizatında fasilələr