Səhhəti pisləşən Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirildi
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.
Olkemedia xəbər verir ki, bu barədə “Report”a teatrdan məlumat verilib.
Onun hazırda Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir.
Şuşa Dövlət Musiqili Dram Teatrı
Onkoloji xəstəliklər (xərçəng)