Yevlax polisindən nümunəvi addım

Screenshot_20251003_094854_Gallery

Yevlaxda polis əməkdaşlarının göstərdiyi nümunəvi davranış görənlər tərəfindən yüksək qiymətləndirilib. Şəhər ərazisində yolu keçməkdə çətinlik çəkən yaşlı qadını görən əməkdaşlar dərhal onun köməyinə yetişiblər.

Onlar qadını təhlükəsiz şəkildə yoldan keçirib, əlindəki bazarlıq torbasını da götürərək evinə qədər müşayiət ediblər.

Bu addım bir daha sübut etdi ki, Azərbaycan polisi yalnız qanunun keşiyində dayanan qüvvə deyil, həm də xalqın yaxın dostu, dayağı və ən çətin anda köməyinə çatan dəstəkçisidir.

Polis əməkdaşlarının bu davranışı həm cəmiyyət üçün örnəkdir, həm də insanlıq və mərhəmət dəyərlərinin canlı göstəricisidir.Yaşlı nəsilə hörmət və qayğı göstərmək hər birimizin borcudur.

Yevlax polisi bu münasibəti ilə gənc nəslə açıq mesaj verdi: böyüyə hörmət, insana xidmət, vətənə sədaqət polis andının ayrılmaz hissəsidir.

Qeyd edək ki, bu kimi addımlar cəmiyyətdə polisin nüfuzunu daha da artırır və vətəndaş-polis həmrəyliyini gücləndirir.

Bu nümunəvi davranışı lentə alaraq Olkemedia.az saytına göndərən vətəndaşlar polislərimizə dərin təşəkkür etdiklərini bildirib, hər zaman dövlətimizin və millətimizin keşiyində dayanan polislərimizlə qürur duyduqlarını qeyd ediblər.