Goranboyda hərbi texnika daşıyan yük maşını yandı

shXlLzwMD6RJilnBOUTU617LjPE8ppwH15b4WF4z_1200

Goranboy rayonunda qəzaya düşən yük maşını yanıb.

Olkemedia Oxu.Az-a istinadən  xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qoşqulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir işıq dirəyinə çırpılıb. Qəza nəticəsində yük maşınında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülüb.

Məlumata görə, yük maşınının yük yerində hərbi texnika olub.

Faktla bağlı araşdırma aparılır.

Yol-nəqliyyat hadisəsi

Avtomobil yanıb

Goranboy rayonu