Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

5mkUCQ791MPuvZ4tyffvZVs5h0PoVpxeI9WtRZa7_1200

Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bu barədə Olkemedia-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Fuad Səmiyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Yanğın hadisəsi

Daxili İşlər Nazirliyi (DİN)

Şamaxı rayonu