Gəncə Şəhər Məhkəməsinin binasında YANĞIN
Bu gün səhər saatlarında Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin zirzəmisindəki yanğınla bağlı bəzi təfərrüat məlum olub.
Fövqəladə Hallar Nazirliyindən Olkemedia-ya verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 1200 m² (hər mərtəbəsi 400 m²) olan üçmərtəbəli inzibati binanın zirzəmisində sahəsi 100 m² olan qarajda iki paq.m elektrik kabeli yanıb.
İnzibati bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.