Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu

DqEYUQHCjAyIp5fRGDNgkeL8suGM76OdsskehGyW_1200

Sosial şəbəkələrdə toy karvanında “Tofaş” markalı avtomobilin sürücüsünün digər hərəkət iştirakçılarına məhəl qoymayaraq, yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etməsini özündə əks etdirən görüntülər yayılıb.

Bu barədə Olkemedia-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə sürücü 28 yaşlı Nurlan Səfərli müəyyən edilərək saxlanılıb. Sürücü barəsində tədbir görülüb və toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Səfərlinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs olunub.

Avtoxuliqanlıq

Daxili İşlər Nazirliyi (DİN)

Abşeron Rayonu Dövlət Yol Polisi