Müəllimə məktəb direktorunu döydü

p1MYWXzRs2vwPVX7gCV5ZlUkLnEsJ1PqP83J1oA0_1200

Naxçıvanda orta məktəbin direktoru döyülüb.

Olkemedia Oxu.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan Şəhər İ.Səfərov adına 1 saylı orta məktəbdə baş verib.

Məktəbin fiziki tərbiyə müəlliməsi Səriyyə Qənbərova məktəbin direktoru Asudə Məmmədova ilə dərs saatına görə mübahisə edib. O, Asudə Məmmədovanı qanunsuzluqda ittiham edib və müəllimlə direktor arasında mübahisə yaranıb. Mübahisə nəticəsində S.Qənbərova direktoru döyərək ona xəsarətlər yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.

Naxçıvan Şəhər Məhkəməsində keçirilən prosesdə S.Qənbərova məktəb direktoruna dəymiş ziyanı ödəyib və onlar arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S.Qənbərova məsuliyyətdən azad edilib.

Naxçıvan Muxtar Respublikası

Naxçıvan şəhəri

Orta məktəb

Döyülmə hadisəsi