Beyləqanda 32 yaşlı qadın evində bıçaqlandı, əri saxlanıldı

IVWB0veQIW4Dr56hyYJymqVxqWqX6CpT7uoZemc6_1200

Beyləqan rayonunda 32 yaşlı qadın bıçaqlanıb.

Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Ülviyyə Rövşən qızı Mahmudlu qolundan bıçaq xəsarəti ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Olkemedia-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həyat yoldaşı Orxan Mahmudlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Beyləqan rayonu

Bıçaqlanma hadisəsi