397 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar açıqlandı

J3kjfvElneyssrZRR2cqpaWp6vM8PM0Xv18aULPP_1200

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Əlövsət Nəsirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Olkemediaz Pravda.az-a istinadla xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Ə.Nəsirov bir neçə şəxsə qarşı 396 630 min manatlıq dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə şikayət və protesti təmin etməyib.

Ali Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Apellyasiya Məhkəməsi